Putin Ukrayna ilə sülhdən danışdı

Putin Ukrayna ilə sülhdən danışdı
Kateqoriya məlum deyil
T

“Moskva və Vaşinqton arasında Alyaskada keçirilən danışıqlarda müzakirə olunan müddəalar əsasında Ukrayna ilə münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışırıq”.

 

Sfera.az “Gazeta.ru”nəşrinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

 

“Bizim çox kiçik bir qrupda yenidən görüşmək imkanımız olacaq və mən bu kiçik qrupda ümumilikdə müsbət qiymətləndirdiyimiz nəticələr barədə sizə daha ətraflı məlumat vermək istərdim”,- dövlət başçısı bildirib.

 

Putin, həmçinin, artıq bəzi həmkarları ilə Alyaskada aparılan danışıqların nəticələri barədə fikir mübadiləsi apardığını qeyd edib.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında danışıqlar avqustun 15-də baş tutub. Hər iki tərəf görüşü “müsbət və məhsuldar” adlandırıb, lakin konkret razılaşmalar barədə əlavə məlumat açıqlanmayıb.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR