Rusiya və İran üçün pis xəbər - Onlar mühüm bazarı itirə bilər

Rusiya və İran üçün pis xəbər - Onlar mühüm bazarı itirə bilər
Kateqoriya məlum deyil
T

Türkiyənin təbii qaz təchizatında yerli istehsala keçidi və ABŞ-nin mayeləşdirilmiş təbii qazının (LNG) alışını artırması Tehranın Avropadakı sonuncu əsas ixrac bazarını kiçildə bilər.

 

Sfera.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

 

Ankara hasilatı genişləndirməklə və LNG idxalını artırmaqla 2028-ci ilə qədər qaz tələbatının yarısından çoxunu ödəyə bilər ki, bu da onun İran və Rusiyadan boru kəməri ilə qaz tədarükü ehtiyacını kəskin şəkildə azaldacaq.

 

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqi Türkiyəni İran və Rusiya ilə enerji əlaqələrini azaltmağa çağırmışdı. Bu, Vaşinqtonun Moskva və Tehranı qlobal enerji bazarlarından təcrid etmək kimi daha geniş məqsədinə uyğun bir addımdır.

 

İran hazırda Türkiyəyə 2026-cı ilin ortalarında başa çatacaq müqaviləyə əsasən ildə təxminən 10 milyard kubmetr qaz tədarük edir. Təhlil göstərir ki, Ankara daha çox çeviklik və müxtəlifliyə can atdığı üçün çətin ki, bu sazişi eyni şərtlərlə uzatsın. 

 

“Reuters”in hesablamalarına görə, Türkiyə müqaviləli LNG idxalı ilə birlikdə yerli istehsal 2025-ci ildəki 15 milyard kubmetrdən 2028-ci ilə qədər ildə 26 milyard kubmetri keçəcək. Bu miqdar ölkənin proqnozlaşdırılan illik 53 milyard kubmetr qaz tələbatının yarısını ödəməyə kifayət edəcək. Qalan 26 milyard kubmetrlik qaz idxall Rusiya, İran və Azərbaycandan boru kəmərləri ilə alınacaq.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR