Rusiya daha 3 ölkə ilə viza rejimini ləğv edəcək

Rusiya daha 3 ölkə ilə viza rejimini ləğv edəcək
Kateqoriya məlum deyil
T

Rusiya Çin, Səudiyyə Ərəbistanı və Malayziya ilə viza rejiminin ləğvinə hazırlaşır. 


Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.

 

"Yaxın vaxtlarda Çin, Səudiyyə Ərəbistanı və Malayziya ilə vizasız rejimə nail olmaq gələcək üçün planlar və hədəf göstəricilər arasında yer alıb" , – yazıda qeyd olunub.

 

Qeyd edilib ki, bir sıra ölkələrlə sadələşdirilmiş viza rejimi əlavə olaraq iki milyon xarici turisti cəlb etməyə imkan verib. Sənədlərə görə, əcnəbilərin Rusiyaya səfərlərinin sayı hazırda 5 milyondur. Bu rəqəmin 2030-cu ilə qədər on bir milyona yüksələcəyi proqnozlaşdırılır. 

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR