Köçəryan Paşinyanın Avropa siyasətini "saxta" adlandırdı

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük addımlarını saxtakarlıq kimi hesab edirəm.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
O bildirib ki, Aİ-yə daxil olmaq üçün aydın prosedur var, amma hakimiyyət yalnız deklorativ bəyanatlarla kifayətlənir. Köçəryan həmçinin Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə yönəlməsini irrasional adlandırıb.
Xatırladaq ki, martın 26-da parlament Aİ-yə üzvlüklə bağlı qanunu qəbul edib, aprelin 4-də prezident sənədi imzalayıb. Baş nazir Nikol Paşinyan bunun avtomatik üzvlüyə çevrilmədiyini, bunun üçün referendum tələb olunduğunu açıqlayıb.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə bu addımı Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxışının başlanğıcı kimi qiymətləndirib. Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan isə İrəvanın Aİİ-dən çıxmaq niyyətinin olmadığını bildirib.
Fidan Hacızadə
Sfera.az






