"Bu, HƏMAS-ın sülhə hazır olduğunu göstərir"- Ərdoğan

"Bu, HƏMAS-ın sülhə hazır olduğunu göstərir"- Ərdoğan
Kateqoriya məlum deyil
T

“HƏMAS hərəkatının ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı üzrə sülh planına müsbət cavabı onun regionda sülhə hazır olduğunu göstərir”.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib

 

Ərdoğan İstanbulda bir sıra yaşayış obyektlərinin açılış mərasimində çıxış edərək vurğulayıb: “Biz HƏMAS-ın Trampın sülh planına cavabını almaqdan məmnunuq. Həmas əvvəlki kimi sülhə hazır olduğunu nümayiş etdirdi. Bu, bölgəmizdə davamlı sülhə nail olmaq üçün fürsət pəncərəsi açdı”.

 

Prezident həmçinin Qəzzada vəziyyətin humanitar və diplomatik vasitələrlə stabilləşdirilməsi barədə danışıb:

 

“Biz humanitar yardımdan diplomatiyaya qədər bütün mövcud resurslardan istifadə edərək Qəzzada soyqırımı dayandırmağa çalışırıq. Məqsədimiz Qəzzada olan qardaş və bacılarımıza ən qısa zamanda sülh və əmin-amanlıq gətirməkdir. Qəzzada günahsız uşaqların ölümünün qarşısını almaq və onların gülümsəmələrini bərpa etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR