Rusiya Ukraynanın enerji obyektlərini hədəf aldı

Rusiya Ukraynanın enerji obyektlərini hədəf aldı
Kateqoriya məlum deyil
T

Rusiya  Federasiyası Silahlı Qüvvələri havadan hücum vasitələri, pilotsuz uçuş aparatları, raketlər və artilleriya dəstəyi ilə Ukrayna hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji obyektlərinə zərbələr endirib. 

 

Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, Rusiya ordusu həmçinin Ukraynanın pilotsuz uçuş aparatlarının buraxılış sahələrini, eləcə də Ukrayna Silahlı Qüvvələrinin, millətçilərin və xarici muzdlu döyüşçülərin 143 bölgədə yerləşən müvəqqəti dislokasiya məntəqələrini hədəfə alıb.

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR