"Rusiya ilə müharibə Gürcüstan üçün ağır olardı" -Mixail Kavelaşvili

Qərb ölkələrinin Tiflisdən tələb etdiyi kimi Rusiya ilə müharibəyə girmək Gürcüstan üçün ağır nəticələr doğurardı.
Sfera.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Amerikanın "Responsible Statecraft" nəşrinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Qərbin Gürcüstandan belə bir addım gözləməsi ölkənin milli maraqlarına tamamilə zidd idi:
“Əgər biz Rusiyaya qarşı hərbi əməliyyatlara qoşulsaydıq, bu, 2008-ci ildəki faciəvi nəticələri yenidən təkrarlayacaqdı. O vaxtkı hökumətin NATO-ya həddindən artıq güvənməsi Gürcüstanı böyük risk altına salmışdı”, – Kavelaşvili vurğulayıb.
Prezident əlavə edib ki, Gürcüstan Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatları qınayıb, həmin ölkəyə humanitar yardım göndərib və Moskvaya qarşı sanksiyalara qoşulub. Bununla belə, rəsmi Tbilisi Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşmək üçün könüllülərin göndərilməsinə icazə verməyib.
Firuzə Əliyeva
Sfera.az






