Paşinyanı yenidən seçəcəklər? - ŞƏRH

Paşinyanı yenidən seçəcəklər? - ŞƏRH
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb ki, hökuməti 2026-cı ildə keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə qazanacağı halda, yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumu təşkil edəcək.

 

İndiki iqtidarın yenidən seçilməsi şansı varmı? Erməni xalqı Paşinyanı seçib, sonra da Konstitusiyadakı dəyişikliyi qəbul edəcəkmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlamasının Ermənistan siyasətində mühüm dönüş nöqtəsi kimi göründüyünü bildirib.

 

 

Onun sözlərinə görə, hakimiyyətin yeni Konstitusiya qəbulunu seçkidən sonrakı referenduma bağlaması bir tərəfdən siyasi legitimlik axtarışıdır, digər tərəfdən isə hökumətin gələcək kursunu möhkəmləndirmək cəhdidir:

 

“Lakin Paşinyanın yenidən seçilmə şansı ciddi şəkildə ölkə daxilindəki sosial-siyasi gərginlikdən asılıdır. Müharibədən sonrakı məğlubiyyət sindromu, müxalifətin zəif təşkilatlanması və cəmiyyətin alternativ liderlik potensialı hələ də Paşinyanın mövqeyini qorumasına imkan verir”.

 

Z.Qarayeva erməni seçicisinin qərarının iki mühüm faktordan asılı olacağını qeyd edib:

 

“Təhlükəsizlik və sosial rifah. Əgər hökumət bölgədə sülh gündəmini irəlilədə və sosial-iqtisadi sabitliyi təmin edə bilsə, Paşinyanın seçkilərdə üstünlük qazanması mümkündür. Konstitusiya dəyişiklikləri məsələsinə gəlincə, xalqın bu dəyişikliyi dəstəkləməsi üçün hökumətin həm daxili, həm də xarici siyasətdə etimadı möhkəmləndirməsi vacibdir. Əks halda, referendumda ictimai parçalanma və etiraz ehtimalı qalacaq.


Ümumilikdə, Paşinyanın qarşısında həm şans, həm də risklər var. Onun siyasi gələcəyi seçicilərə real sabitlik və təhlükəsizlik vədlərini inandırıcı şəkildə təqdim etməsindən asılı olacaq”.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR