"Bu, Rusiyanın məğlub olması deməkdir"

"Bu, Rusiyanın məğlub olması deməkdir"
Kateqoriya məlum deyil
T

Moldovada keçirilən parlament seçkilərində protokolların 100 %-i hesablandıqdan sonra Prezident Maya Sandunun hakim Fəaliyyət və Həmrəylik Partiyası qalib elan edilib. Belə ki, Sandunun partiyası səslərin 44,13 %-ni toplayıb. Vətənpərvərlik Bloku 28,25% səslə ikinci, “Alternativ” Bloku 9,22 % səslə üçüncü, “Bizim partiya” 6,35 % səslə dördüncü yerdə qərarlaşıb. “Evdə Demokratiya” isə cəmi 5,72 % səs toplaya bilib.

 

Qeyd edək ki, Maya Sandunun rəqibi Liberal Fəaliyyət Həmrəylik Partiyasının (PAS) və Rusiyapərəst sosialistlərin lideri, sabiq prezident İ. Dodon idi.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu, Rusiyanın məğlub olması deməkdir.


Onun sözlərinə görə, Rusiya üçün Moldova geosiyasi əhəmiyyət daşıyır:

 

“Rusiya Dnestryanıda separatçı rejim qurub. Putin Moldovada hakimiyyəti dəyişib, Ukraynaya Qərb istiqamətindən cəbhə açmağı planlaşdırır. Moskva sabiq prezident İ. Dodona siyasi və maddi dəstək verməkdədir. Ümumiyyətlə, Moldova Rusiya üçün Avropanın daxilində bir siyasi qaladır. Ona görə də Rusiya Moldovada siyasi sabitliyin əldə edilməsində maraqlı deyil. Bu ölkədə separatizmi dəstəkləyir”.

 

Politoloq qeyd edib ki, rusiyapərəst İ.Dodonun partiyasının seçkilərdə qalib gəlməsinə Avropa İttifaqı imkan verə bilməzdi:

 

“Bu, Rusiyanın Avropaya qalib gəlməsi olacaqdı. Moldovada Avropa yönümlü partiyanın qalib gəlməsi, Rusiyanın öz orbitinə çəkmək istədiyi regionlarda mövqeyini kifayət qədər zəiflədəcək. Əgər Rusiya Ukraynada məğlub olacaqsa, Moldovada Dnestryanı separatizmə son qoyulması mümkün ola bilər”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR