İran Almaniya, Fransa və Böyük Britaniyadakı səfirlərini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
Sfera.az “Mehr”ə istinadən xəbər verir ki, səfirlər 3 Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasının əvvəllər ləğv edilmiş qətnamələrini bərpa etmək üçün sürətli reaksiya mexanizmindən sui-istifadə edən hərəkətlərinə cavab olaraq geri çağırılıb.
Cümə günü İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Britaniya, Fransa və Almaniyadan ibarət Avropa üçlüyünün BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək səyləri “etibarsız” və heç bir hüquqi qüvvəyə malik deyil. Baş diplomat bu bəyanatı Təhlükəsizlik Şurasının İran və digər ölkələr arasında 2015-ci il nüvə sazişi çərçivəsində sanksiyaları bərpa edə biləcək “snapback” mexanizminin işə salınmasına səs verdikdən sonra verib. Birləşmiş Ştatlar və onun müttəfiqləri, o cümlədən Avropa üçlüyü bu məsələ ilə bağlı qətnamə layihəsinə veto qoyub, sanksiyaların həftə sonuna qədər bərpa olunmasını təmin etməyə çalışır.
Firuzə Əliyeva
Sfera.az