Xəzər sürətlə kiçilir: Əsas səbəb iqlim dəyişikliyi deyil - AÇIQLAMA

Xəzər sürətlə kiçilir: Əsas səbəb iqlim dəyişikliyi deyil - <span style="color:#ff0000">AÇIQLAMA</span>
Kateqoriya məlum deyil26.09.25, 08:05573 👁️
T

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizinin sürətlə kiçildiyini diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, bu problemin əsas səbəbi təkcə iqlim dəyişikliyi deyil. 


Bu zaman sual yaranır: Xəzər dənizinin kiçilməsinə nələr səbəb olur və prosesin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən ekoloq Rövşən Abbasov əsas səbəbi iqlim dəyişmələrində yox, çaylarda sululuğun azalmasında görür:


“Hər şeydə iqlim dəyişməsini günahlandırmaq doğru deyil. İqlim dəyişmələrinin nə qədər təsiri olsa da, əsas səbəb bu deyil. Əsas səbəb Xəzərə gələn çayların, xüsusilə Volqa çayının sululuğunun kəskin azalmasıdır. Bu isə ondan irəli gəlir ki, həm Rusiya ərazisində Volqa çayının suyu götürülür və israf edilir, həm də Rusiya ərazisində tikilmiş su anbarlarının sahəsi çoxdur. Burada buxarlanma və inkubasiya gedir. Bu da əlavə olaraq Xəzər hövzəsindən Xəzərə daxil olan suların miqdarını kəskin sürətdə azaldır”.

 


Ekoloq vurğulayıb ki, Xəzəryanı dövlətlərin Zirvə toplantısında bu məsələ mütləq ortaya qoyulmalıdır:

 

“Hansı xəzəryanı dövlətdən Xəzərə hər il nə qədər su daxil olur məsələsi razılaşdırılmalıdır. Birgə komissiya yaradılaraq su daxilolmaları üzərində birgə monitorinqlər təşkil edilməlidir. Monitorinqə bütün xəzəryanı dövlətlər nəzarət etməli və onlar davamlı olaraq monitorinqin nəticələri ilə bağlı məlumatlandırılmalıdır”.

 

Müsahibimiz problemin həlli kimi əsas olaraq Volqa, Ural və digər çayların hövzələrində su götürmələrini azaltmağı və daha effektiv sudan istifadə texnologiyalarını tətbiq etməyi görür: 

 

“Bu, əlbəttə ki, bizə kömək edər ki, Xəzərə gələn suyun artmasına nail ola bilərik. Bu, hər bir dövlətin suveren hüququdur, lakin dövlətlər Xəzər konvensiyası və yaxud hansısa başqa bir razılaşma çərçivəsində öz üzərlərinə müəyyən öhdəliklər götürməlidirlər”.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...