Paşinyan yeni konstitusiyadan danışdı: "Əcnəbi oyunçular tərəfindən..."

Paşinyan yeni konstitusiyadan danışdı: "Əcnəbi oyunçular tərəfindən..."
Kateqoriya məlum deyil
T

"Yeni konstitusiyanın qəbulu bizə erməni demokratiyasının əsas problemini aradan qaldırmağa imkan verəcək – məhkəmə sistemi ilə xalq arasındakı əlaqənin kəsilməsi məsələsini".

 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvanda keçirilən Demokratiya Uğrunda Erməni Forumunda panel müzakirələri zamanı çıxış edərkən deyib.

 

Paşinyanın sözlərinə görə, Ermənistanın hazırkı məhkəmə sisteminin ölkə cəmiyyəti ilə “üzvi əlaqəsi” yoxdur. O, təcrid olunmuş şəkildə fəaliyyət göstərir və bu da öz növbəsində ona olan inamı sarsıdır.

 

"Hakimiyyət xalqındır və istənilən hakimiyyət ondan qaynaqlanmalıdır. Bu gün mən ciddi sistem problemi görürəm. Ermənistanda məhkəmə sistemi xalqdan qaynaqlanmır və ondan tamamilə ayrılıb", - Paşinyan bildirib.

 

Nikol Paşinyan iddia edib ki, əvvəllər Ermənistanda məhkəmə qərarları çox vaxt əcnəbi oyunçular tərəfindən diktə edilirdi və onlardan “hibrid müharibə”nin tərkib hissəsi kimi istifadə edilirdi.

 

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR