Rusiya ölüm cəzasını bərpa etməyəcək - AÇIQLAMA

Kateqoriya məlum deyil
T
Ölüm cəzasının Rusiyada bərpası mümkün deyil və dövlətin bu mövqeyi qəti xarakter daşıyır.
Sfera.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının komitə iclasında Baş prokuror İqor Krasnov bildirib.
“Şəxsi fikrim qəti şəkildə belədir: bu mümkün deyil və dövlətin bu məsələdə mövqeyi yekun xarakter daşıyır. Bu mövqe Rusiya Konstitusiya Məhkəməsinin fundamental qərarlarına əsaslanır”, – deyə o qeyd edib.
Niyaz Hacıyev
Sfera.az






