İran hazırdır: “Amma razılaşma əldə olunmalıdır”

İran hazırdır: "Amma razılaşma əldə olunmalıdır"
Kateqoriya məlum deyil
T

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi bildirib ki, əgər nüvə razılaşması əldə olunarsa, ölkə uranın zənginləşdirilmə səviyyəsini 2015-ci ildəki müqavilədə olduğu kimi 3,67 faizə endirməyə hazırdır. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Bəkayi Avropanın “qanunsuz” tələblərini qəbul etməyəcəklərini vurğulayaraq, BMT sanksiyalarının yenidən qüvvəyə minməsinin ciddi nəticələr doğuracağı barədə xəbərdarlıq edib. 


O, İngiltərə, Fransa və Almaniyanın “snapback” mexanizmini işə salmaq cəhdini tənqid edərək, bu addımın 30 gün ərzində İrana qarşı sanksiyaları geri qaytara biləcəyini qeyd edib. İran rəsmisi Avropa dövlətlərinin Vaşinqtonun təzyiqi altında hərəkət etdiyini bildirərək, onların ABŞ və İsrailin “vəkilinə” çevrildiklərini söyləyib. 


Bəkayi, həmçinin Almaniya kansleri Fridrix Mersin İsrailin İranın nüvə obyektlərinə hücumları ilə bağlı “Bizim üçün çirkli işi görürlər” sözlərini xatırladaraq, Avropa hökumətlərinin bu hücumları faktiki olaraq dəstəklədiyini və hətta İsrailə kəşfiyyat təmin etmiş ola biləcəyini iddia edib. Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən (NPT) çıxmaq ehtimalına da toxunan Bəkayi bildirib ki, bu qərar hökumətə deyil, Məclisə aiddir: 


“Əgər millət vəkilləri belə bir qanun qəbul etsələr, hökumət bunu əngəlləyə bilməz”. 


Bəkayi əlavə edib ki, İranın uran zənginləşdirmə səviyyəsini azaltması yalnız ölkənin öz ərazisində zənginləşdirmə haqqını təmin edən əhatəli razılaşma əldə olunacağı halda mümkün olacaq.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR