İRAN XİN və MAQATE arasında görüş keçiriləcək

İRAN XİN və MAQATE arasında görüş keçiriləcək
Kateqoriya məlum deyil
T

İran Xarici İşlər Nazirliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndələri əməkdaşlığın bərpasına dair danışıqların növbəti mərhələsini keçirəcəklər. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami məlumat verib. Onun sözlərinə görə, indiyədək tərəflər arasında iki görüş keçirilib və yaxın zamanda üçüncü görüşün təşkili planlaşdırılır. 

 

Eslami qeyd edib ki, əməkdaşlığın qarşısında duran əsas maneə MAQATE-nin baş direktoru Rafael Qrossidir:

 

“Agentliklə bağlı əsas şikayətimiz onun idarəetmə sisteminin hegemon nizamın təsiri altında olmasıdır. Əsas problem isə baş direktorun şəxsiyyətidir”, – deyə o bildirib.

 

Eslami həmçinin vurğulayıb ki, Tehran MAQATE müfəttişlərinin İran nüvə obyektlərinə girişini qadağan etsə də, Buşəhr Atom Elektrik Stansiyasında nüvə yanacağının dəyişdirilməsi prosesini izləmək üçün iki müfəttişin ölkəyə daxil olmasına icazə verib.

 

Onun sözlərinə görə, yoxlamaya Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi icazə verib:

 

“İki müfəttiş gəldi, prosesi izlədilər və ölkəni tərk etdilər”, – deyə İran rəsmisi əlavə edib.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR