Putin Rusiya-Ukrayna müharibəsinin səbəbkarlarından danışdı

Kateqoriya məlum deyil
T
Qərbin Kiyevi NATO-ya cəlb etmək üçün davamlı cəhdləri Ukrayna münaqişəsinin əsas səbəblərindən biridir.
Sfera.az “TASS”a istinadən səbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində deyib.
O, böhranın daha çox 2014-cü ildə Kiyevdə Qərbin təhrik etdiyi dövlət çevrilişi səbəbindən yarandığını diqqətə çatdırıb.
"Böhranın ikinci səbəbi Qərbin Ukraynanı NATO-ya cəlb etmək üçün davamlı cəhdləridir. Dəfələrlə vurğuladığımız kimi, bu, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir", - Putin qeyd edib.
Rusiya liderinin sözlərinə görə, 2014-cü ildə baş vermiş çevriliş nəticəsində Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyən ölkənin siyasi rəhbərliyi kənarlaşdırılıb.
Firuzə Əliyeva
Sfera.az






