“Müharibə istəmirik, amma qorxmurq” - Pezeşkiyan

"Müharibə istəmirik, amma qorxmurq" - Pezeşkiyan
Kateqoriya məlum deyil
T

İran Prezidenti Məsud Pezeşkiyan İsrail və ABŞ-nin Tehranla müharibə istədiyini bildirib. 

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, o, dövlət televiziyasına açıqlamasında münaqişə ehtimalına münasibətini açıqlayıb.

 

“Biz müharibə istəmirik və bunu ilk gündən söyləmişik. Amma müharibədən də qorxmuruq. Hücum olacağı təqdirdə buna güclə cavab verəcəyik. ABŞ və İsrail İranı parçalamağı və devirməyi hədəfləyir. Heç bir iranlı ölkəsinin bölünməsini və ya təslim olmasını qəbul etməz”, – deyə Pezeşkiyan vurğulayıb.

 

Avropa ölkələrinin BMT sanksiyalarını yenidən qüvvəyə mindirmək ehtimalına da toxunan dövlət başçısı bu mövqeyi ədalətsiz adlandırıb:


"“Snapback” mexanizminin tətbiq olunmasını əsla arzulamırıq. Ancaq beynəlxalq hüququ dəfələrlə pozan bəzi Avropa ölkələrinin bu gün bizi nüvə sazişinə əməl etməməkdə ittiham etməsi mübahisəlidir”.

 

Prezidentin sözlərinə görə, onun əsas narahatlığı xarici deyil, daxili məsələlərlə bağlıdır:


“Xarici təhdidlər və ya geri addımlar məni qorxutmur; əsas endişəm daxili çəkişmələr və bəzən əhəmiyyətsiz mövzular üzündən yaranan ixtilaflardır. Düşmənlər isə məhz bu ixtilaflardan faydalanmaq üçün gözləyirlər”.

 

ABŞ-ni sərt tənqid edən Pezeşkiyan, Vaşinqtonun İranı zəiflətməyə çalışdığını bildirib:


“ABŞ bizim sərvətlərimizi ələ keçirərək bizə boyun əydirmək istəyir. Biz buna əsla razı olmayacağıq. Amerikanın aldadıcı sifətinin arxasında pis bir həqiqət dayanır. Düşmən düşmənliyindən əl çəkməyəcək; buna görə də biz birliyimizi qorumalıyıq”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR