Paşinyan Trampdan aldığı hədiyyəni paylaşdı - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın ona göndərdiyi imzalı fotoları sosial media hesabında yayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan paylaşımında qeyd edib ki, Trampın hədiyyə və qeydləri onun üçün xüsusi əhəmiyyət daşıyır:
“Cənab Trampa belə şərəfverici fotolar, hədiyyə və qeydə görə minnətdaram”.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə görüş keçirilmişdi.
Paşinyan həmin görüşdən çəkilmiş fotoları da paylaşaraq əlavə edib:
“Prezident Trampın imzası ilə unudulmaz fotolar. Çox sağ olun”.
Trampın imzaladığı fotolardan birində isə belə yazılıb:
“Nikol, sən möhtəşəmsən”.
Bəsti Rəfizadə
Sfera.az







