"Ermənistan 2 ittifaqa üzv ola bilməz" - Paşinyan

"Ermənistan 2 ittifaqa üzv ola bilməz" - Paşinyan
Kateqoriya məlum deyil
T

Ermənistan eyni vaxtda həm Avropa İttifaqının (Aİ), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan açıqlama verib.

 

“Aİ və Aİİ-də eyni vaxtda olmaq mümkün deyil, vaxt gələcək və biz qərar verəcəyik”, – Paşinyan jurnalistlərə bildirib.

 

Xatırladaq ki, aprelin 4-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun imzalayıb. Lakin Paşinyan qeyd edib ki, bu, qoşulma prosesinin avtomatik başlanması demək deyil, çünki məsələ referendum yolu ilə həll olunmalıdır.

 

Moskva isə İrəvanın addımlarını diqqətlə izləyir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Aİ-yə üzvlük Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirilir və bu iki quruma eyni vaxtda üzvlük mümkün deyil.

 

Bununla yanaşı, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan hələlik ölkənin Aİİ-dən çıxmaq niyyətində olmadığını bildirib.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR