"Bu, Türkiyə üçün risk daşıyır"

"Bu, Türkiyə üçün risk daşıyır"
Kateqoriya məlum deyil
T

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı elan etdiyi 19-cu sanksiyalar paketi Türkiyə iqtisadiyyatı üçün müəyyən risklər daşıyır. 

 

Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin dövlət maliyyə sektorundakı mənbə məlumat verib.

 

Mənbənin sözlərinə görə, hazırda Rusiya ilə maliyyə əməliyyatlarının tam qadağan olunacağı təqdirdə Türkiyə iqtisadiyyatının üzləşə biləcəyi itkilər və tətbiq edilə biləcək nəzarət mexanizmləri təhlil olunur. Bildirilib ki, Aİ-nin məhdudiyyətləri türk bankları üçün ciddi risklər formalaşdırır.

 

Xatırladaq ki, daha əvvəl Aİ-nin Macarıstan və Slovakiyaya Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etmələri üçün təzyiq göstərmək istədiyi açıqlanmışdı. Hər iki ölkə uzun müddətdir ki, Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqinə qarşı çıxır.

 

Bundan öncə isə Türkiyə Alyaskada aparılan danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinin qalib gəldiyini bəyan etmişdi.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR