Ərdoğan hökumətlə bu məsələləri müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasını Azlat şəhərində keçirərək Ukraynadakı münaqişənin həlli və sülh prosesi ətrafında vəziyyəti müzakirə etməyi planlaşdırır.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda Kiyev və Moskva arasında sülh yolu ilə nizamlanma məsələsi ilə yanaşı, BMT-nin proqnozlarına görə yaxın gələcəkdə ciddi aclıq təhlükəsi ilə üzləşəcək Qəzzadakı humanitar böhran da müzakirə olunacaq.
Ərdoğan bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Ukrayna və Rusiya arasında hər hansı sülh təşəbbüsünü dəstəkləməyə hazır olduğunu bildirmiş və Türkiyənin ədalətli sülhün bərqərar olunması istiqamətində səylərini davam etdirdiyini vurğulamışdı.
Fidan Hacızadə
Sfera.az






