Türkiyə Ukraynaya sülhməramlı qüvvə göndərəcək
Türkiyə əgər onun vəzifələri dəqiq müəyyən olunarsa, Ukraynada mümkün sülhməramlı missiyada iştirak edə bilər.
Sfera.az bildirir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşrin köşə yazarı Əbdülkadir Selvi mənbələrə istinadən yazıb: "Ankara buna qarşı deyil. Türkiyə ordusu Ukraynada sülhü təmin etmək missiyasını yerinə yetirə bilər. Lakin bu cür qüvvələrin əhatə dairəsi hələ müəyyən edilməyib və konkret təklif daxil olmayıb".
O vurğulayıb ki, qeyri-müəyyənliklər aradan qaldırılarsa və vəzifələr dəqiq formalaşdırılarsa, Ankara sülhün qorunması naminə türk əsgərlərini Ukrayna ərazisinə göndərəcək.
Bundan əvvəl “The Times” yazıb ki, Britaniya Ukraynaya öz sülhməramlı qüvvələrini yerləşdirmək planından imtina edib. Daha sonra “Politico” Polşa rəsmisinə istinadən yazıb ki, Polşa hakimiyyəti ölkənin müdafiə qabiliyyətinin azalmasından ehtiyat etdiyi üçün Ukraynaya qoşun göndərməmək qərarına gəlib.
İnci






