Rusiya Ermənistana qaz nəqlini dayandırdı

Gürcüstanda qaz kəmərində aparılan qəza işləri ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Sfera.az bildirir ki, bu barədə “Qazprom Ermənistan” ın mətbuat xidməti məlumat yayıb.
“Gürcüstan ərazisində “Qırmızı Körpü – Sevkar – Berd” tranzit qaz kəmərində təcili bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq”, - məlumatda deyilib.
Sonuncu dəfə oxşar vəziyyət iyulun sonunda baş vermişdi. İyulun 24-də şirkət Gürcüstanda fövqəladə bərpa işləri ilə əlaqədar iyulun 24-dən 26-dək Rusiyadan Ermənistana təbii qazın nəqlini müvəqqəti dayandırdığını elan edib. Bu müddət ərzində vətəndaşlar İrandan alınan ehtiyatlardan qazla təmin olunublar.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya və Serbiya Cənub-Şərqi Avropanın logistikasını dəyişə biləcək yeni enerji dəhlizlərinin yaradılmasını müzakirə edirlər. Əsas layihə Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra aktual olan Slovakiya və Avstriyaya tədarük üçün Serbiya-Macarıstan qaz kəməridir .
İnci






