"Ermənistan-Türkiyə sərhədi açılacaq"

"Ermənistan-Türkiyə sərhədi açılacaq"
Kateqoriya məlum deyil
T

“Türkiyə ilə sərhədin açılmasına gəlincə, ümid edirəm və əminəm ki, nə vaxtsa Ermənistan-Türkiyə sərhədi də açılacaq”.

 

Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

 

Baş nazir Ermənistan vətəndaşlarının səyahət imkanlarına toxunaraq, qarşılıqlılıq prinsipini də qeyd edib:

 

“Bəli, sülh dövründə insanlar turist kimi istənilən yerə gedə bilərlər və mən də öz mesajlarımda bu gündəliyə toxunmuşam”.

 

Paşinyan əlavə edib ki, Ermənistan-Azərbaycan sərhəd buraxılış məntəqələri də daxil olmaqla, bütün sərhəd-keçid məntəqələrində sadələşdirmələrə hazırdırlar. Hökumətin 2026-cı il dövlət büdcəsi ilə bağlı planlarına da toxunan Paşinyan müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmayacağını açıqlayıb. Onun sözlərinə görə, qəbul edilən qərar məntiqlidir və gələcəkdə qısa, orta və uzunmüddətli proseslərin inkişafına uyğun olaraq qiymətləndiriləcək.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR