Ermənistanın Rusiyadakı diplomatik nümayəndəliyi bağlandı

Ermənistanın Rusiyanın Yekaterinburq şəhərindəki diplomatik nümayəndəliyi 7 illik fəaliyyətindən sonra bağlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Çelyabinsk şöbəsinin sədri Qaqik Mxitaryan Telegram kanalında məlumat yayıb.
Məlumata görə, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Narek Spartakyanı Ermənistanın Yekaterinburqdakı fəxri konsulu vəzifəsindən azad edib. Rəsmi səbəb göstərilməsə də, mətbuatda işdən çıxarılmasının konsulun Ermənistan hakimiyyətinin erməni Apostol Kilsəsinə qarşı hərəkətləri ilə razılaşmaması ilə bağlı ola biləcəyi barədə məlumat yayılıb.
“Bütün suallarınız üçün Ermənistan Respublikasının Rusiyadakı digər konsulluq idarələri ilə əlaqə saxlamağınız xahiş olunur”, - bəyanatda deyilir.
Firuzə Əliyeva
Sfera.az






