İrandan xəbərdarlıq: “Hər an müharibə başlaya bilər”

İrandan xəbərdarlıq: "Hər an müharibə başlaya bilər"
Kateqoriya məlum deyil
T

İran lideri Əli Xameneinin ali hərbi müşaviri Yəhya Rəhim Səfəvi İsraillə yeni müharibənin istənilən vaxt başlaya biləcəyini deyib.


Sfera.az xəbər verir ki, “Tabnak” xəbər agentliyinin məlumatına görə, universitet tələbələri qarşısında çıxış edən Səfəvi deyib:


“Ən pis ssenariyə hazır olmalıyıq. İsrail və ABŞ ilə aramızda heç bir protokol mövcud deyil. Atəşkəs də yoxdur. İsraillə hər an yeni bir müharibə başlaya bilər. Güclü və daim hazır olmalıyıq”.

 

Onun sözlərinə görə, ABŞ güc tətbiq etməklə “sülh gətirdiyi” görüntüsü yaratmaq istəyir, lakin vəziyyət istənilən anda yenidən gərginləşə bilər.


Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi isə 14 avqustda verdiyi açıqlamada İsrailin yaxın zamanda hücum edəcəyini gözləmədiyini bildirmişdi:


“Beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi düşünürəm ki, yaxın vaxtlarda müharibə olmayacaq. Silahlı qüvvələr daim hazırlıqlı olmalı, hökumət də bütün mümkün ssenarilərə qarşı hazır vəziyyətdə qalmalıdır. Hazırlıqlı olmaq müharibənin qarşısını almağın ən təsirli yoludur”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR