"Ukraynanın bu addımı sabotaj xarakteri daşıyır"- Miroşnik

"Ukraynanın bu addımı sabotaj xarakteri daşıyır"- Miroşnik
Kateqoriya məlum deyil
T

Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan edib ki, Kiyevin Krım körpüsündə növbəti terror aktı törətmək cəhdi Ukrayna münaqişəsinin həlli üzrə danışıqları sabotaj etmək məqsədi daşıyır.

 

Sfera.az xəbər verir ki, bu barədə diplomat öz “Telegram” kanalında yazıb.

 

“Yeni yaranan danışıqlar prosesi fonunda Ukrayna və onun müttəfiqləri tərəfindən danışıqları və sülh yolu ilə həll axtarışını pozmaq üçün təxribat kimi terror aktı törətməyə yeni cəhd”,- o bildirib.

 

Qeyd edilib ki, bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə terror aktı törətmək cəhdinin qarşısını alıb. İçərisində əldəqayırma güclü partlayıcı qurğu olan "Chevrolet Volt" markalı avtomobil izlənilib və bomba zərərsizləşdirilib.

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR