İran Ermənistanda hərbi baza quracaq? - Ekspertin şərhi

İran Prezidenti Məsud Pezeşkian avqustun 19-da Ermənistana səfər edəcək. Ermənistan mediasında yayılan məlumatlara əsasən, səfər zamanı tərəflər Ermənistan və İran arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalaya bilərlər.
Siyasi ekspert Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, bu danışıqlar Azərbaycanın maraqlarına uyğun deyil:

“İki tərəfli münasibətlər onsuz da Azərbaycanın maraqlarına uyğun deyil. İran tərəfi deyir ki, "Tramp yolu"na icazə verməyəcəyik. İranın iki variantı qalır: ya vəziyyətlə barışmaq, ya da alternativlər tapmaq. İran Ermənistana təklif edə bilər ki, hərbi baza qurulsun və öz aralarında yeni ticarət konfiqurasiyası yaradılsın”.
Ekspert qeyd edib ki, Vaşinqton görüşündən sonra danışıqlarda regiondakı strateji və hərbi məsələlər, eləcə də ticarət imkanlarının müzakirə olunması mümkündür. Bu isə Azərbaycanın maraqlarına birbaşa təsir edə bilər.
Bəsti Rəfizadə
Sfera.az






