Moskvada kritik zirvə: Suriya və Rusiya XİN rəhbərləri görüşdü

Moskvada kritik zirvə: Suriya və Rusiya XİN rəhbərləri görüşdü

Bəşər Əsədin devrilməsindən sonra yeni Suriya hökumətindən Rusiyaya ilk rəsmi səfər reallaşıb. Suriya Xarici İşlər naziri Əsəd Şeybani bu gün Moskvaya səfər edib və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında baş tutan görüş zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və yeni Suriya hökumətinin prioritetləri müzakirə olunub.


Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Şeybani, yeni Suriyanı təmsil etdiklərini və Moskva ilə sağlam münasibətlərin qurulmasında maraqlı olduqlarını bildirib:


“Biz yeni Suriyanı təmsil edirik və Moskva ilə düzgün, sağlam əlaqələr qurmaq istəyirik. Ümid edirik ki, bu yolda Rusiya bizim tərəfdaşımız olacaq”.


Şeybani bəzi hökumətlərin Suriya ilə Rusiya arasındakı əlaqələri pozmağa çalışdığını da diqqətə çatdırıb. O, 8 dekabrdan etibarən ölkədə yaranmış siyasi boşluğu doldurmaq üçün iş apardıqlarını və dövlət institutlarını qorumağa nail olduqlarını vurğulayıb:


“Çətinliklərə baxmayaraq, dövlət institutlarını qoruduq və Yaxın Şərqi qarışıqlığa sürükləmək istəyən qüvvələrlə mübarizə apardıq”.


Nazir bildirib ki, Suriya bu çətin dönəmdə eyni zamanda güclü və birləşmiş bir dövlət qurmaq fürsəti əldə edib və bu yolda Rusiyanın dəstəyinə ümid edir.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arif Babayevlə vida mərasiminin vaxtı AÇIQLANDI – RƏSMİ

Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Sfera.az xəbər verir ki, bu barədə Bizim.Me...

Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağıdır

Azərbaycan dili – xalqımızın mənəvi sərvəti, milli kimliyimizin ayrılmaz parçası, dövlətimizin suverenliyini və müstəqilliyini təcəssüm etdirən başlıca am...

Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatını itirən şəxs polis əməkdaşı imiş.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər...

Sürücülərin NƏZƏRİNƏ! Avqustun 2-si saat 08:00-dan...

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində təmir işləri aparılacaq.   Sfera.az&n...

Cavid Süleymanlıya nazirlikdə yüksək vəzifə verildi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.   Sfera.az Qaynarinfo.az-a isti...

Avqustda bürcləri nə gözləyir ? - Şans, pul, sevgi…

Avqust ayı bütün bürclər üçün mühüm dönüş nöqtəsi ola bilər. Ayın əvvəlində Mars güclü motivasiya bəxş edərək iş və şəxsi həyatda hərəkətlilik yaradacaq.  ...