“WhatsApp” sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

“WhatsApp” mobil mesajlaşma tətbiqi 1 iyun 2025-ci ildən etibarən “iOS 15.1” və “Android 5.1” versiyalarını dəstəkləməyi dayandıracaq.
Sfera.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, köhnə əməliyyat sistemlərinə dəstəyin dayandırılması tətbiqin təhlükəsizlik və funksionallığını artırmaq məqsədilə həyata keçirilir. Bu səbəbdən “iOS 15.1” və daha aşağı versiyalarda, həmçinin “Android 5.1” və köhnə əməliyyat sistemli cihazlarda “WhatsApp” işləməyəcək.
Xüsusilə, “iPhone 5s”, “iPhone 6”, “iPhone 6 Plus” və ilk nəsil “iPhone SE” kimi modellər artıq “WhatsApp” tətbiqini işlədə bilməyəcək. Android platformasında da 5.1 və daha köhnə versiyaları olan cihazlar bu dəyişikliyə təsir göstərəcək.
İstifadəçilərə tövsiyə olunur ki, söhbətlərini “iCloud” və ya “Google Drive” vasitəsilə yedəkləsinlər və mümkün olduqda əməliyyat sistemlərini yeniləsinlər. Əks halda, “WhatsApp”ın tam funksionallığından istifadə etmək üçün yeni cihaz almaq məcburiyyətində qala bilərlər.
Bu addım “WhatsApp”ın daha müasir və təhlükəsiz xidmət göstərməsi üçün vacib hesab olunur.
Fidan Hacızadə
Sfera.az