Tramp: "Çin 145% gömrük rüsumu tətbiq edəcək"

Media
11:40 / 30.04.2025
2033
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.
Sfera.az xəbər verir ki, o, bu fikri dövlət başçısı kimi ikinci müddətinin ilk 100 gününə həsr olunmuş “ABC” televiziyasına müsahibəsində bildirib.
Tramp administrasiyanın Çin mallarına tətbiq etdiyi tariflərin ölçüsünün faktiki olaraq ticarət embarqosuna bərabər olduğunu vurğulayıb. O iddia edib ki, rüsumlar tətbiq edilməmişdən əvvəl Çin ABŞ-dən ildə 1 trilyon dollar qazanırdı. Ağ Evin rəhbəri qeyd edib ki, 145%-lik tariflərlə onlar ABŞ ilə iş görə bilməzlər.
Firuzə Əliyeva
Sfera.az