"Buna heç kimin cəsarəti çatmaz" - Səyyad Aran

"Buna heç kimin cəsarəti çatmaz" - Səyyad Aran

"Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?"

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.

 

Deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağılır:

 

"Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halında düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə nə olsun? İş adamına mız qoymaq olmaz ki, sən bunu elə və ya belə etməlisən. Necə ki, futbolda baş məşqçiyə heç kim demir ki, filankəsi oynatmalısan. Buna heç klub prezidenti və ya başqa səlahiyyətli adamın "duxu çatmaz". İş adamına şərt oymaq olmaz”, - deputat bildirib.

 

Spiker Sahibə Qafarova isə deputatın çıxışına etirazını bildirib: “Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökümətinə nə olub ki, bunlar mütləq biznesmenlərə verilə?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Bəzi verilişlər ailə institutunu zəiflədir" - Ekspert

"Son zamanlar efirdə yayımlanan bəzi ailə mövzulu verilişlər cəmiyyət üçün mənfi nəticələr doğurur. Bu proqramlar ailə institutunu zəiflətməklə yanaşı, vət...

Məktəblilər arasında dava: xəsarət alanlar var

Gəncədə bir qrup məktəbli arasında dava olub.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə...

Prezident İlham Əliyev Çinə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az  AZƏRTAC-a istin...

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ! – FOTO

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsi fənn müəllimi vakansiyaları elan edir. Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. &n...

Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR

Azərbaycanda buraxılış imtahanlarının nəticələri geniş müzakirə olunur.   Sfera.az-ın modern.az-a istinadən xəbərinə görə, təhsil eksperti Məzah...

“İnsan hüquqları dövlətin təminatçılığı ilə həyata keçirilir” – Vəfaddin İbayev

“İnsan hüquqları subyektiv mənada milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan konkret şəxsə mənsub olan hüquqauyğun fəaliyyət, əməl və davranış...