Özbəklər havadan su istehsal etməyə BAŞLADI - Yeni texnologiya

Özbəklər havadan su istehsal etməyə BAŞLADI - Yeni texnologiya

Özbəkistan içməli su istehsal etmək üçün atmosferdəki nəmi suya çevirən innovativ qurğunu sınaqdan keçirib.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, texnologiyanı hazırlayan və tətbiq edən Rusiyanın “Aquagenica” şirkəti olub. Şirkətin rəhbəri Sergey Dorjiyev bildirib ki, yeni texnologiya bundan əvvəl Rusiya və Afrika ölkələrində istifadə olunub, lakin avadanlığın son sınaqları daha çətin iqlim şəraiti tələb etdiyi üçün Qızılqum səhrası seçilib.

 

İyul ayında Nəvai Azad İqtisadi Zonasında (AİZ) fəaliyyətə başlayan zavodda avadanlıqların istehsalına başlanılıb. Avadanlıqların ilkin sınaqları uğurludur.

 

AİZ-in direktoru Həbib Abdullayevin sözlərinə görə, avadanlıq sutkada 1000 litrə qədər təmiz su istehsal edə bilir. Bu qurğunun seriyalı istehsalına 2025-ci ildə başlanacağı gözlənilir.

 

Qeyd edək ki. artıq 30-dan çox Afrika və Asiya ölkəsi havadan su çıxarmaq üçün avadanlıq istehsal etməkdə maraqlı olduğunu bildirib.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR