Piyada keçidi hələ də salınmayan o yolda DAHA BİR ÖLÜM - FOTOLAR
Kateqoriya məlum deyil
Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Nizami metrosu yaxınlığında, Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Belə ki, səhər saatlarında "Hyundai" markalı yük avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Nəticədə orta yaşlı piyada hadisə yerindəcə həyatını itirib.
Qeyd edək ki, Cəfər Cabbarlı küçəsində ilk qəza deyil. Bu yolda dəfələrlə yol-nəqliyyat hadisələri baş verib. Sfera.az Cəfər Cabbarlı küçəsində baş vermiş qəzalar, ölüm faktları və keçid problemi ilə bağlı reportaj da hazırlayıb.
Hadisə yerindən fotoları təqdim edirik:



Günay






