Keyt Middleton 72 dollarlıq kişi gödəkcəsində göründü - FOTO

Nəhayət, Şahzadə sevənlərin intizarına son qoyulub.
Xəbər verdiyimiz kimi, Keyt Middlton Şahzadə Uilyam ilə ötən gün çox sevdiyi “Windsor Fermers”’ə gəzintiyə gedib.
Sfera.az bildirir ki, tez-tez zərif görünüşlər nümayiş etdirən şahzadə indi daha çox rahatlığa diqqət yetirir. “Windsor Fermers”də bazara alış-verişə gedən Keyt 72 dollarlıq kapüşonlu yaz gödəkçəsi geyinib. Bu barədə Kral Moda Polisi (Royal Fashion Police) səhifəsində də şəkil paylaşılıb.
Media tərəfindən əldə edilən görüntülərdə Keyt gülümsəyir. Arıqlamasına baxmayaraq o, olduqca xoşbəxt və rahat görünür.
Uels şahzadəsi sol əlində ağ alış-veriş çantası daşıyır və əri ilə nəsə danışır. Ketrin qara lasini corabın içinə salıb, kişi üçüb qara və narıncı rəng qarışıq “Umbro” kapüşonu və “Adidas” idman ayaqqabısı geyinib. Qeyd etdiyimiz kimi, kapüşonun qiyməti 72 dollardır.
Şahzadə Uilyam isə mavi cins şalvar, idman ayaqqabısı və pencək geyinib, beysbol papağını alnından aşağı çəkib.
Bu, Ketrinin əməliyyatı keçirdikdən sonra nadir görüntülərindən biridir. Daha əvvəl Şahzadənin 2024-cü ilin Pasxa bayramına qədər işə qayıtmayacağı bildirilir. Bununla belə, kral ailəsinin pərəstişkarları Kensinqton sarayından gələn rəsmi mesajdan bir az narahat idilər, çünki şahzadənin yoxa çıxması ilə bağlı müxtəlif sui-qəsd nəzəriyyələri yayılmağ başlamışdı. Xüsusilə, Şahzadə Uilyamın xəyanəti və hətta qeyri-qanuni uşaq haqqında şayiələr dolaşırdı.
Ancaq ər-arvadın yenidən ictimaiyyətə görünməsi internetdə dolaşan bütün fərziyyə və şaiyələri dəf etdi.
Aysel
Sfera.az