"Kim Çen Inı öldürün..." - Koreyalı nazirdən ƏMR

“Əgər Kim Çen In müharibəyə başlayarsa, siz dünyanın ən güclü xüsusi əməliyyat qrupu olaraq düşmənin rəhbərliyini zərərsizləşdirməlisiniz".
Sfera.az xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von-Sik ötən gün İnçon şəhərində komando birliklərini ziyarəti zamanı bildirib.
Nazirin komando birləşmələri ilə görüşü Cənubi Koreyanın ABŞ hərbçiləri ilə birgə keçirdiyi “Azadlıq Qalxanı” təlimi zamanı baş tutub.
Cənubi Koreyanın müdafiə doktrinasında mühüm yer tutan KMPR Şimali Koreyanın mümkün hücumuna cavab vermək üçün qurulan ordu birliyidir.Komando bölmələrindən ibarət olan bu birlik həm də Seulun “üç oxlu” müdafiə strategiyasının sütunudur. Doktrinanın digər oxlarına Şimali Koreyanın raket sistemlərini hədəfə alacaq hərbi birləşmələr daxildir.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In daha əvvəl C.Koreya-ABŞ təlimlərini işğal məşqi və müharibə təxribatı kimi qiymətləndirib.
Əzizə