"Üç mövsümlük müqaviləm var, vəzifəm..." - "Mançester Yunayted"in baş məşqçisi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb.
Sfera.az bildirir ki, mütəxəssis sadəcə komanda haqqında düşündüyünü qeyd edib:
“Mən şayiələrə əhəmiyyət vermirəm. Buradayam, üç mövsümlük müqaviləm var, bütün diqqətimi yalnız prosesə yönəldirəm. Mənim vəzifəm oyunçuların ən yaxşı şəkildə çıxış etmələri üçün həll yolları tapmaqdır”.
Qeyd edək ki, Ten Haq 2022-ci ilin yayında Hollandiyanın "Ayaks" klubundan "Mançester Yunayted"ə baş məşqçi kimi keçib. 53 yaşlı mütəxəssis bütün turnirlərdə 98 oyun keçirib ki, 60-da qalib gəlib, 11-də heç-heçə edib və 27-də məğlub olub.
Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqa cədvəlinin altıncı pilləsində qərarlaşıb. "Qırmızı şeytanlar"ın 26 matçda 44 xalı var.
Fatimə Lətif