"Venesuela BRİKS-in üzvü olacaq" - Nikolas Maduro

Venesuela tezliklə BRİKS-in üzvü olacaq.
Sfera.az xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının “Maduro Plus ilə” proqramında deyib.
"Yeni dünyanın yaranması və BRİKS-in konsolidasiyası tendensiyası geri dönməzdir və Venesuela tezliklə BRİKS-ə qoşulacaq",- prezident deyib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, BRİKS-ə qoşulmaq istəyən dövlətlərin sayı çoxdur və bu, onları məmnun edir.O, həmçinin Argentinanın bu assosiasiyaya qoşulmaqdan imtina etməsindən təəssüfləndiyini vurğulayıb.
Xatırladaq ki, 22-24 avqust 2023-cü il tarixlərində Yohannesburqda keçirilən BRİKS sammitində Argentina, İran, Efiopiya, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 2024-cü il yanvarın 1-dən təşkilata qoşulması qərara alınıb.
Qərb isə hər zaman BRİKS-in iqtisadi gücünü təhlükə kimi tanıyıb.
Əzizə Zeynal