Eyyub Yaqubov “Yaşıl Teatr”da möhtəşəm konsertlə çıxış edib

Eyyub Yaqubov “Yaşıl Teatr”da möhtəşəm konsertlə çıxış edib

Yaşıl Teatrda Eyyub Yaqubovun ənənəvi yay konserti baş tutub. 

 

Bu gün “Yaşıl Teatr” səhnəsində Sound Pro-media qrupun təşkilatçılığı ilə Xalq artisti Eyyub Yaqubov və "Big Band Sound Pro" ənənəvi yay konsertində sevənlərinin görüşünə gəlib.

 

Xalq artisti sevənlərini bir-birindən gözəl ifalarla sevindirib. “Kim bilir”, “Abşeronum”, “Azəri torpağı”, “Ağabala Çaykovski”, “Ana” kimi bir-birindən məşhur ifalar və fərqli səhnə performansı ilə Eyyub Yaqubov səhnədə böyük coşqu yaradıb.

 

Möhtəşəm şouda Xalq artisti Cavan Zeynallı və orkestrın bədii rəhbəri Fuad Musayevin iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, iki günlük konsert sabah - 20 avqust tarixində davam edəcək.

 

Biletləri iticket.az-dan əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR