Rusiyanın yaratdığı mif dağıldı: Ukrayna “Kinjal”ı BELƏ MƏHV ETDİ - FOTO

Rusiyanın yaratdığı mif dağıldı: Ukrayna “Kinjal”ı BELƏ MƏHV ETDİ - FOTO

Ukrayna ilk dəfə olaraq Rusiyanın hipersəs raketini vura bilib. 


Sfera.az xəbər verir ki, yerli medianın məlumatına görə, ABŞ tərəfindən Ukraynaya verilən təkmilləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə Rusiyanın Kh-47M2 “Kinjal” hücum raketi vurulub. 


Rusiya müdafiə qüvvələrinin məlumatına əsasən, raket səsdən 10 dəfə yüksək sürətlə uçuş qabiliyyətinə sahibdir. Belə bir raketin “Patriot” raketləri ilə vurulması Rusiyanın “Kinjal” raketləri ilə bağlı yaratdığı mifi dağıtmış oldu. 


Qeyd edək ki, Kh-47M2 “Kinjal” raketinin vurulmasının fraqmentlərini əks etdirdiyi iddia edilən görüntülər Ukraynanın “Defence Ekspress” nəşri tərəfindən yayımlanıb. Vurulan raketin qalıqları Kiyevdəki boş futbol stadionuna düşüb. 


Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmiləri yerli medianın yaydığı məlumatları şərh etməkdən imtina ediblər.


Xatırladaq ki, Rusiya ordusu “Kinjal”dan ilk dəfə ötən il martın 29-da Ukraynada döyüşdə istifadə edib. O zaman raket yanacaq anbarına zərbə endirmək üçün istifadə edilib. Rusiyanın iddialarına görə, raket Qərbin ən qabaqcıl hava hücumundan müdafiə sistemləri tərəfindən vurula bilməz. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İki nəfərin güllələnərək öldürülməsinin TƏFƏRRÜATI - Oğlunun borcu var imiş

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb....

Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə ÖLDÜ

Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb.   Sfera.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Balakən rayonu Xalatala kənd sakini Ramazan Məh...

Milli Məclisin iclası KEÇİRİLİR - Gündəlikdə 15 məsələ var

Milli Məclisin növbəti plenar iclası keçirilir.   Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 1...

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 18-i saat 10:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az xəbər veirr ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 10:00-a o...

Müharibə başlasa, Azərbaycan İsraili, yoxsa İranı dəstəkləyəcək? - AÇIQLAMA

Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. İsrailin Livan ərazisinə hücumları, həmçinin İranla gərginliyin artması müharibənin genişlənmə ehtimalını artır...

Noyabrda bu tarixlərdə iş OLMAYACAQ - RƏSMİ

İş və istirahət günlərinin yerləri dəyişdirilib.   Sfera.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.   İş və istirahət gün...