“Putinin aşbazı” Rusiya Müdafiə Nazirliyinə qarşı: “Ukrayna buna hazırlaşır, Rusiya isə...”

“Putinin aşbazı” Rusiya Müdafiə Nazirliyinə qarşı: “Ukrayna buna hazırlaşır, Rusiya isə...”

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Ukraynanın əks-hücumunun kifayət qədər ciddi olacağını deyib: “Ukrayna gələcək əks-hücum üçün 400 minə qədər şəxsi heyət toplayıb və təxminən bir həftə sonra hücuma keçəcək”. Priqoji bildirib ki, Rusiya KİV-i yerli əhalini sakitləşdirməyə çalışmaqla səhv edir: “Problemləri gizlədə bilməzsiniz - düşmən ciddi və yaxşı hazırlıqlıdır. Əgər bu gün Ukrayna Rusiya sərhədlərinə çatsa, vəziyyət dəyişəcək. Biz buna imkan verə bilmərik”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  Priqojinin sözügedən etirafı Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasındakı ziddiyətin dərinləşdiyini göstərir:

 

“Onun dedikləri Rusiya Müdafiə Nazirliyini gözdən salmağa da hesablana bilər. Bəlkə də, onda Ukraynanın əks-hücum əməliyyatları ilə bağlı real məlumat yoxdur. Ola bilsin, “Vaqner” rəhbəri sadəcə informasiya müharibəsi aparır.  İkinci bir tərəfdən, Ukraynanın ən yaxın zamanda əks-hücum əməliyyatlarına başlaması qaçılmazdır. Ehtimal edilən əks-hücum əməliyyatlarının Krım yarımadasındakı rus bazalarına aviazərbə və qarşı tərəfin silahlı qüvvələrinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxarılması ilə müşayət olunması mümkündür. Ukrayna həm Krımda gərginlik yaratmaq, həm də rus qoşunlarını Baxmutdan çıxarmaqla qarşı tərəfə ciddi zərbə vura və müharibənin taleyini həll edə bilər”.

 

Müsahibimiz qeyd edib ki, həm Krım, həm də Baxmutdakı əks-hücumlar Rusiya üçün nəinki taktiki və strateji, eyni zamanda psixoloji zərbə olacaq:

 

“Ukrayna Silahlı Qüvvələrinin Rusiya sərhədlərinə nə qədər yaxınlaşıb-yaxınlaşmayacağını indidən demək çətindir. Amma perspektivdəki əks-hücum əməliyyatlarının ciddi nəticələrə və Rusiya hərbi elitasında çaşqınlığa səbəb olacağı şübhəsizdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...