Logo

Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?

Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da yerləşən və hərbi xarakterli məlumatları toplayan “Global Firepower” adlı internet saytı ölkələrin hərbi gücünə dair yeni sıralamanı paylaşıb. Sayt bu sıralamanı hazırlayan zaman 2023-cü il üçün ayrılan hərbi xərcləri də nəzərə alıb.

Sfera.az xəbər verir ki, dünyanın ən güclü 100 ordusu sıralamasında Azərbaycanın da adı var. Azərbaycan sıralamada 57-cidir.

Ermənistan isə siyahıda 94-cü yerdə qərarlaşıb.

Digər qonşularımızdan Gürcüstan 85-ci, İran 17-ci, Türkiyə 11-ci sıradadır. Dəniz sərhəddimiz olan Türkmənistan 82-ci, Qazaxıstan isə 63-cüdür.

Sıralamada ilk yerdə ABŞ qərarlaşıb. ABŞ-ni Rusiya, Çin, Hindistan və Böyük Britaniya izləyir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR