Alman azarkeşlərlə polis arasında toqquşma: Avtomobillər yandırıldı, əşyalar havada uçuşdu

Alman azarkeşlərlə polis arasında toqquşma: Avtomobillər yandırıldı, əşyalar havada uçuşdu

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri ilə polis arasında ciddi qarşıdurma yaşanıb. 

 

Sfera.az bildirir ki, hadisə ötən gün İtaliyanın “Napoli” klubu ilə matçdan öncə baş verib.

 

Belə ki, oyundan qabaq pərəstişkarlar maşın şüşələrini sındırıb, eyni zamanda stul və digər əşyalar atmağa başlayıblar. Ətrafdakı insanlar isə bar və restoranlara sığınıblar.

 

Eyni zamanda, polis maşını və digər avtomobillər yandırılıb. İğtişaşlara qarşı mübarizə aparan polis sonda dincliyi təmin edə bilib, azarkeşləri otellərinə aparmaq üçün avtobuslara mindirib. Napoli meri Qaetano Manfredi isə hadisənin şəhərdə “qəbuledilməz partizan müharibəsi mühiti” yaratdığını söyləyib.

 

Almaniyanın daxili işlər naziri Nansi Fizer “Twitter” hesabından toqquşmaları pisləyərək "Zorakılıq və xuliqanlar idmanı məhv edir", - qeyd edib. Həbslər və yaralananlar barədə dərhal məlumat verilməyib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR