Bakıda bahalı nömrəli maşında evli xanımlara sataşan şəxs saxlanıldı - VİDEO

Bakıda bahalı nömrəli maşında evli xanımlara sataşan şəxs saxlanıldı - VİDEO

Bakı şəhərində bahalı avtomobillə küçədən keçən cavan xanımlara əxlaqsız təkliflər edən şəxs polis tərəfindən saxlanılıb.


Sfera.az xəbər verir ki, 50-55 yaşlı şəxs idarə etdiyi qara rəngli "10-CV-010" dövlət nömrə nişanlı bahalı "Lexus" avtomobili bu gün axşam saatlarında Bakı şəhəri Hüseyn Cavid prospektində (20 nömrəli məktəbin yanı) polis tərəfindən saxlanılıb.

 

Sözügedən şəxsin kimliyi hələlik məlum deyil.

 

Saxlanma anının görüntülərini təqdim edirik:

 

Qeyd edək ki, bir neçə gün əvvəl həmin şəxsin Bakı Slavyan Universitetinin qarşısından keçən bir  xanımın arxasınca düşərək, ona sataşması ilə bağlı görüntülər yayılmışdı.


Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR