Millət vəkili ŞAD XƏBƏRİ VERDİ: "Bu obyektlərə də "kupça" veriləcək"

Millət vəkili ŞAD XƏBƏRİ VERDİ:

Bu gün Milli Məclisin iki komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklər müzakirə olunub. Dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (“kupça”) ilə təmin ediləcək. 

 

Sfera.az xəbər verir ki, iqtisadçı, millət vəkili Vüqar Bayramov sözügedən dəyişikliyi şərh edib. 

 

Millət vəkili deyib ki, bu dəyişiklik bütün sənədsiz evlərə aid ediləcək:

 

“Hətta tikintisi adıçəkilən Məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək.


Digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək”.


V.Bayramov qeyd edib ki, müzakirələrdə növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərə də çıxarışların verilməsinin sürətləndirilməsinin vacbliyi qeyd olunub. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Atamın və qardaşlarımın başlarını kəsiblər... -Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”in qiyməti 3,5% artaraq tarixdə ilk dəfə 113 000 dollar həddini keçib.   Sfera.az xəbər verir ki, bu RİA Novosti ticarət mə...

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...