Logo

Deputat intihar edəcəyini deyən jurnalist barədə: "Dövlətə sadiq bir şəxsin qızıdır"

Deputat intihar edəcəyini deyən jurnalist barədə: "Dövlətə sadiq bir şəxsin qızıdır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu günlərdə oxudum ki, Azərtac-ın keçmiş müxbiri Aygün Əliyeva intihar həddinə çatdığı ilə bağlı açıqlama verib. Həmin qadınla əlaqə saxladım, o, ağlayırdı, depressiya vəziyyətində idi".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili məhkəmə sistemində nizam-intizamın yaradılmalı olduğunu bildirib:

"Aygün Əliyeva başqa adla Operativ Qərargahı tənqid edən yazı yazıb və onu işdən buna görə uzaqlaşdırıblar. Məhkəmə qərarı da göstərir ki, o, dövlətə sadiq bir şəxsin qızıdır. Lakin sonradan onun haqqında düzgün qərar verilməyib. Hesab edirəm ki, buna görə bizdə məhkəmə sistemində nizam-intizam yaradılmalıdır".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR