25 il stajı olmayan və kapitalı toplaya bilməyənlər də PENSİYA ALA BİLƏCƏK Millət vəkili AÇIQLADI

25 il stajı olmayan və kapitalı toplaya bilməyənlər də PENSİYA ALA BİLƏCƏK – Millət vəkili AÇIQLADI

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub və layihə plenar iclasa tövsiyyə edilib.

 

Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. 


Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, minimum pensiya məbləğinin artırılması 100 mindən çox insanı əhatə edəcək. V.Bayramov artımdan kimlərin faydalanacağına da aydınlıq gətirib:

 

“Gələn aydan pensiya yaşına çatanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvəllər bu rəqəm 240 manat idi.

 

Digər tərəfdən, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşımızın 25 il stajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək.


Yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artan, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Bütövlükdə, gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək.


Bu, həmçinin orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq”.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...