"Ödənişlər pensiya fonduna yox, ciblərinə gedirmiş" - Ülvira Qarayeva ANS rəhbərliyini İTTİHAM ETDİ

Tanınmış aparıcı Ülvira Qarayeva keçmiş iş yeri ilə bağlı narazılıq edib.

 

Sfera.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

 

Aparıcı sosial ödənişlərini yoxladığını, ANS telekanalının işlədiyi dövrdə pensiya fonduna ödəniş etmədiyini bildirib.

 

“Bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi. Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş. Hər ay, illərlə soyulmuşam, yağmalanmışam. Bu azmış kimi gələcəyimdən də oğurlanıb”, deyə Qarayeva əlavə edib.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR