Minimum kapital ARTIRILIR: Pensiyaya çıxmaq üçün artıq bu məbləğ TƏLƏB OLUNACAQ

Minimum kapital ARTIRILIR: Pensiyaya çıxmaq üçün artıq bu məbləğ TƏLƏB OLUNACAQ

Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq yaxın günlərdə ölkə üzrə minimum əmək pensiyasının məbləğinin artırılması minimum pensiya kapitalına dair tələbin də artırılmasına səbəb olacaq. 


Sfera.az xəbər verir ki, hazırda minimum əmək pensiyası 240 manat olduğundan pensiyaya çıxmaq üçün tələb edilən minimum kapital 34 560 manatdır. Qaydalara əsasən, minimum kapital məbləği minimum pensiya məbləğini 144-ə vurulmaqla müəyyənləşir. 


Prezidentin yeni Sərəncamı ilə minimum pensiyanın 280 manata çatdırılması nəzərdə tutulur ki, bununla da kapital tələbi 40 320 manata çatacaq. 


Qeyd edək ki, pensiyaya çıxmaq üçün şəxs ya 25 il staja sahib olmalı, ya da minimum kapitalı toplamalıdır. Yetəri qədər stajı olub, amma tələb olunan minimum kapitalı toplaya bilməyən şəxslərə minimum pensiya verilir. Minimum kapitalı toplaya bilənlər isə daha yüksək pensiya almaq imkanı qazanır. 


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...