Makronun Zelenskiyə son mesajı DEŞİFRƏ EDİLDİ: “Ukrayna ordusu...”
“Fransa və Almaniya Ukraynada münaqişəni gərginləşdirəcək”.
Sfera.az bildirir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski Fransa Prezidenti Emmanuel Makronun Zelenskiyə dediklərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər iki dövlət Ukrayna Silahlı Qüvvələrinə hərbi təchizatlar verməyi davam etdirəcəklər ki, münaqişə mümkün qədər uzun müddət davam etsin.
Polyanski həmçinin, Makronun Zelenskiyə ünvanladığı sözlərə istinad gətirərək bu fikirləri qeyd edib: “Paris Berlinlə əl-ələ verərək fəal şəkildə hazırladığı və alovlandırdığı münaqişənin üzərinə “benzin tökmək” üçün hər cür səy göstərəcək. Qərbin Ukraynada 2014-cü ildə başlayan xüsusi fəallığı bu il bitməyəcək”. Rusiya nümayəndəsi son olaraq xarici diplomatlara Moskvanın bu mesajı nəzərə aldığı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, ötən gün Fransa Prezidenti Ukrayna liderinə “yüngül döyüş tankları” verəcəyini vəd edib. Makron bildirib ki, o, Kiyevə hərbi dəstəyi gücləndirmək istəyir, ona görə də, tezliklə Ukrayna Silahlı Qüvvələrində yeni “AMX-10 RC” döyüş maşınları olacaq.
Qeyd edək ki, “AMX-10 RC” Fransanın zirehli maşınıdır və onu “təkərli tank da adlandırırlar. Hərbi texnikanın istehsalına 1976-cı ildə başlanılıb. Sözügedən zirehli maşınlar Fransa ordusunun xidmətində idi, amma Makron Kiyevə də veriləcəyini açıqlayıb.
Günay Rəsulqızı